• Azərbaycan
  • Русский
+99412 5139037 +99450 2732622 +99450732677

Haqqımızda

  • Biz, “Nur-AY” uşaq bağçası olaraq Binəqədi rayonu, 6cı/mkr, Həmzə Babaşov küçəsi zeytunluq
  • bağının yanında,  hündür mərtəbəli binanın 2-ci mərtəbəsində fəaliyyətə başladıq.

İş rejimi – 5 gün iş həftəsi – səhər saat 08:00-dan 18:30-dək (Valideyinlərin arzusu ilə şənbə günü növbətçi qrup işləyir) Nur-AY uşaq bağçası yüksək mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir və 3 qrup üçün nəzərdə tutulmuşdur. Hər yaş qrupunun özünün ayrıca məşğələ otağı, yataq otağı və sanuzeli var. Oyun və gəzintilər üçün yelləncək, sürüşkən, evcik və oturacaqlarla təchiz olunmuş ayrıca açıq sahəsi vardır. Sahədə yaşılıqlar və dekorativ güllər vardır. Müəssisə öz fəaliyyətini Azərbaycan respublikasının müvafiq qanunvericilik sənədlərinə, məktəbəqədər müəssisələrin Nizamnaməsinə, təsisçi və valideyinlərlə (qanuni nümayəndələrlə) bağlanan müqavilələrə əsasən qurur.
Təlim üç dildə – azərbaycan,rus,ingilis dilində aparılır.